CenabYazar

CenabYazar 🇦🇿 Qarabağ 💪 Şeirlər 9-11-2020, 19:24

ELƏ DARIXMIŞAM

ELƏ DARIXMIŞAM
Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm,gülər görəsən?
Tək onu istəyir ürəyim mənim,
Desəm,gəl yanıma,gələr görəsən?

Elə darıxmışam

Onsuz keçən günlər yetişmir sona,
Nə qədər gözümə kədər,qəm qona,
Mən ki bu qədər çox bağlıyam ona,
Axı mənim olsa,ölər görəsən?!

Gecələr xəyal tək yanıma gəlir,
Bir gözəl söz deyir,halım düzəlir,
Uzaqda olsa da,dərdimi bilir,
Bəs onsuz ağlasam,bilər görəsən?

Hərdən çıxartsam da onu özündən,
Doya bilməyirəm şirin sözündən,
Öpmək istəyirəm,desəm,üzündən,
Məni həyatından silər görəsən?

Dərd dolu sevgilər məni mi seçər,
Bu qədər qəm kədər rəvamı məgər
Yaman çox dərdim var çağırsam əgər
Dərdimi mənimlə bölər görəsən?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
606 639 566 549 590 611

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.