Gulusum

Gulusum Xəbərlər 10-11-2020, 13:30

Nikol Paşinyan: “Mənim başqa çıxış yolum yox idi”

Nikol Paşinyan: “Mənim başqa çıxış yolum yox idi”
Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində Dağlıq Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını bildirib.

Bu barədə LoaDinG.az "Sputnik Armenia"ya istinadən xəbər verir.

Paşinyan bir çoxlarına zərər verə biləcəyini izah edərək qərarının səbəblərini açıqlamayıb.

"Mən çox şeyi deyə bilərəm, amma postlarda duran əsgərlərin həyatlarını təhlükə altına qoymamaq üçün susacam. Kim ki, indi dağıdır, səngərlərdəki əsgərin kürəyindən vurur. İndi mənim istefamı tələb edən bir siyasətçi var, bir gün əvvəl Şuşada mövqeləri tərk etdi. Ədalətli və səmimi niyyətli insanlar var", - Paşinyan müraciətində deyib.

Baş nazir əlavə edib ki, qərar hərbi vəziyyətin analizi və hərbi vəziyyətlə hamıdan yaxşı tanış olan insanların qiymətləndirilmələri əsasında qəbul edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
447 396 403 326 410 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.