Arda Turan 4 milyon dəyərində otel tikdirir
İspaniyanın "Barselona" klubunda oynayan Arda Turan qazandığı pulları əmlaka xərcləməyə davam edir. Loading.Az-ın axsam.az-a istinadən xəbərinə görə, futbolçu bu dəfə otel işinə girməyi planlaşdırır. O, İstanbulda ərazi satın alıb.
Turanın 4 milyon dollar ödədiyi ərazidə yaxın günlərdə otel tikilişinə başlanılacaq.







