amon

amon Statuslar 10-01-2022, 11:30

Sən əvəzedilməzsən

Sən əvəzedilməzsən
Sən elə bir hissən ki - onu adlandıra bilmirəm. Bir az kədərsən, bir az sevincsən, bir az bədbəxtliksən, bir az xoşbəxtliksən, bir az peşmançılıqsan.

Sən elə bir ətirsən ki – o ətrin tayı bənzəri yoxdur mənim üçün. O yalnız məndə var və mən də istifadə etməyə belə qıymıram.

Sən elə bir nəğməsən ki – dinlədikcə səni doymuram, hər gecə, hər səhər, hər yerdə dinləmək istəyirəm səni.

Sən elə bir rəsm əsərisən ki – kənardan kimsə baxsa anlamaz nə çəkildiyini, hətta dahi rəssam belə. Çünki o rəsmi mən yaratmışam öz sevgimlə. Və onu yalnız mən anlaya bilərəm.

Sən elə bir ağacsan ki – bütün ağaclar qibtə edir sənə, çünki sənə göstərdiyim qayğını heç birinə göstərmirəm.

Sən elə bir kitabsan ki – oxuduqca səni çox dərinlərə dalıram, hər dəfə yeniliklər kəşf edirəm öz içimdə.

Sən elə bir meyvəsən ki – sənin dadını heç bir meyvə verə bilməz, axtarsan heç bir çürük tapmazsan içində.

Sən elə bir filmsən ki – baaxdıqca sənə darıxmıram, sonluğunu bilmək istəmirəm əvvəlcədən, bitməyini istəmirəm. Bax bu qədər maraqlısan mənim üçün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
784 769 775 781 779 720

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.