ÊLfidÂ

ÊLfid Sağlamlıq 13-11-2020, 08:00

Bəzi meyvə və bitkilərin faydaları

Bəzi meyvə və bitkilərin faydaları
Belə bir qısa hekayət var:"Bir gün alim şagirdinə tapşırır ki,get təbiətdə faydasız bir bitki tap gətir mənə.Şagird gedir,hər yeri gəzir,əliboş geri qayıdır. Ustadının yanına gedir və deyir:
-Usta,mən təbiətdə heç bir yararsız bitki tapmadım."Yəni ki,hər bir bitkinin öz faydası,işə yaradığı bir sahəsi var. Elə isə gəlin bir neçəsinin faydaları ilə tanış olaq:

Tut:

•Tutun yarpağını yağış suyu ilə qaynadıb saçı yumaq saça şəffaflıq gətirir, təmizləyir və ağarmasının qarşısını alır.
•Tut qurusunun kompotu infaktın dərmanıdır.
•Qanı az olanların tut qurusunu çox yeməkləri məsləhətdir.
•Körpə tut yarpağının iştaha gətirmə xüsusiyyəti var. Bunun üçün onu bişirdikdən sonra bir qədər yağda qovurub duzsuz, gündə bir dəfə (2 ay fasiləsiz) yemək lazımdır. Bu həmçinin dişin dibinin qanamasının, dişlərin çürüməsinin qarşısını alır.
•Tutun meyvəsini hər səhər ac qarına yemək qanın tərkibini çox gözəl təmizləyir.
•Tut yarpağını qaynadıb başı yumaq və ayaqları vanna etmək orqanizmdə qan dövranının tənzimlənməsini təmin edir.

Qanqal:

•Təzə yetişmiş qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır.

Kəklikotu:

•Kəklikotu qaynadılmış suda çimmək orqanizmdə gedən duzlaşmanın və tərləmənin qarşısını alır. Hədsiz başağrısı olarsa, kəklikotunu qaynadıb başı yumaq lazımdır.
•Qriplə əlaqədar burundan, gözdən su gələrsə, öskürək olarsa kəklikotunu qaynadıb buxarını 45 dəqiqə qəbul etmək lazımdır. Dörd gün ard-arda bunu etməklə yüksək nəticə əldə etmək olar.

Zeytun:

•Ağızda göbələk xəstəliyi varsa, zeytunun meyvəsinin körpəsini zəylə əzib gündə 4-5 dəfə yaraya çəkib, 10 dəqiqə saxlamaq lazımdır.
•Zeytunun meyvələri tam yetişərsə, tumlarını qırıb (on dənə) ləpəsini əzərək ac qarına bir çay qaşığı yemək içkini atmağa kömək edir.

Tərxun:

•Tərxunu yarpızla birlikdə qaynadıb saçı yumaq saça həm parlaqlıq bəxş edir, həm uzadır, həm də onun tökülməsinin qarşısını alır.
•Tərxunu qaynadıb üzü yumaq üz qırışığını açır.
•Tərxunun suyunu içmək tərləmənin qarşısını alır, susuzluğu azaldır.
•Uzaq yola dözməyib benzin iyindən ürəyi bulananlar özləri ilə tərxun götürüb yolda iyləməklə bunun qarşısını ala bilərlər.

Gicitkən:

•Gicitkən qaynadıb, baş yumaq saç tökülməsinin qarşısını alır.
•Ayaqları 10-15 dəqiqə gicitkən qaynadılan suda saxlamaq dırnaqların sağlamlaşmasına, gecə rahat yatmağa kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 476 484 382 503 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.