ice berg

ice berg özünü 💖 aşiq hiss edir. Şeirlər 13-11-2020, 18:17

Ona Məktub Yazmaq...

Ona Məktub Yazmaq...
Ona məktub yazmaq elə şeydiki,
Kağız bağlayırsan,kağız açırsan.
Sonra həmin məktubu göndərmək üçün
Hər yoldan ötənə ağız açırsan..
Ona məktub yazmaq elə şeydiki,
Hər hərfə gözünnən damcı qoyursan.
Olammaz oxusun ağlamasın O.
Ora özün boyda yanğı qoyursan..
Ona məktub yazmaq elə şeydiki,
Qələmin gövdəsin tərlədir əlin.
Sanki qarşısında dizini qoyursan
Özün düzəltdiyin daş bir heykəlin..
Ona məktub yazmaq elə şeydiki,
Çoxları o.hissi az anlar bilər.
Ona məktub yazmaq nə olan şeydi
Onu mesaj yox məktub yazanlar bilər..
(İFRAT)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 615 617 528 554 624

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.