ice berg

ice berg Şeirlər 14-11-2020, 20:58

ƏLvida Bakı,saLam Bakı..

ƏLvida Bakı,saLam Bakı..
Aqressiyam adaptasiya olmur mühütə
Gücüm çatmır öz toxuduğum səbətə.
Toxunmağım gəlir günəşə
Qorxuram çevrilər xəyallar vərdişə.
Qayıdacağam getdiklərimin şəhərinə
Mənası nə?
Dişlə nəfsini.
Mənim sevgimdən sənə nə?
İşıq çekdirəcəyəm gözlərimə ki,görüm
Həyatmı pis,ya ki,ömrüm?
Sınacaq güzgülər bizə göstərəndə qırışları
Ağlamayacağam!
Yazıqdı göz yaşları.
Qaldır qaşları,dik tut belini
Məğrur görünüşünlə qazan sevgini.
Nə gözəl sınaqdı həyat ki,cənnəti cəhənnəm edən bizlərik
Hələ doymamışıq,yenə cənnət gözləyirik.
Qaça-qaça qalmısan sürünən arxasında
Yada düşəcəksən son dəfə yasında.
Yox Bakı,deyilsən mənə yar
Sənə də yağdı qar.
Günün də dalanların kimi dar
Ümüd saxlama ki,o.da qayıdar.
Məcnun epiloquyla bitdi,yoxdu vəfalı yar
Minnətin olsun.
Saxla kin
Yaxşılıqlarını cəmləki,vurasan başıma.
Gedirəm səndən Bakı,çıxma qarşıma!..
(Şahin XəLil-*Adsız yol*kitabından)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 492 484 471 430 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.