Hərşey bitəcəkmi..?

Bəzən uzaqlara getsəmdə bitsin hərşey deyərik, hərşeydən uzaqlaşmaq istəyirəm deyərik, amma necə?! Problem, qəm, kədər içimizdədirsə uzaqlara getsək nə dəyişəcək axı?! Sıxıntımızda, acımızda bizimlə birlikdə gedəcək hara getsək. Hər dəfəsində də həyatı günahlandırarıq "həyat niyə bizə bunları yaşadır" deyərik?! Amma bizə bu acıları yaşadan həyat deyil, həyatın günahı yoxdur. Günah bizdədir ya kiməsə dəyərindən artıq dəyər verdik, ya kiməsə layiq olmayan sevgimizi, xəyallarımızı, gələcəyimizi verdik, yada bütün problemləri öz üzərimizə götürməyi seçdik. Niyə başqalarının fərqində olmadığı şeyləri biz dərd edərik özümüzə?! Niyə başqalarının boş ver dediklərini biz özümüzə problem bilərik. Hərşeyi düşünüb səssizcə daxilinə atan insan hər zaman acı çəkər...







