Burunda meydana gələn qara nöqtələr üçün maskalar
Soda maskası
1 xörək qaşığı soda ilə eyni miqdarda mineral suyu qarışdırın. Maskanı burun nahiyəsinə çəkib masajla dəriyə yedizdirin. 5-10 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
Soda maskası dərini dərindən təmizləyir, hamarlaşdırır və dərini qara nöqtələrdən ən az 3 gün müdafiə edir. Maskadan həftədə 1-2 dəfə istifadə etmək lazımdır.
Qeyd edim ki allergiya ehtimalına qarşı maskanı öncə biləyinizə çəkib 5-10 dəqiqə gözləməli daha sonra istifadə etməlisiniz.
Yumurta ağı maskası
Salfeti yumurtanın ağına bulayıb burun nahiyəsinə yapışdırın. Salfet quruyana kimi gözləyin. Daha sonra salfeti dartıb qopardın. [u]Həssas dəriyə sahib olanlar əvvəlcə salfeti isladıb sonra təmizləməlidirlər. Yumurta ağı qara nöqtələri təmizləməklə yanaşı, onların yenidən yaranmasını da gecikdirir. Bu maskadan öncə də mütləq allergiya testi edin.






