amon

amon Hekayələr 25-05-2020, 17:59

O, əlimi tutmadan yatmazdı

O, əlimi tutmadan yatmazdı
Həmişə düşünmüşəm ki sevgi var. O, seçilmişlərə aid olan bir hissdir. İnanmaq və etibar etmək ancaq yaxşı insanların bacardığı hərəkətdir. Bir tanışım vardı,o da belə seçilmişlərdən idi. Gözləri daim parlayırdı,baxışlarından oxunurdu sevgisi. Bir qız sevirdi dünyalarca, gecəsi də, gündüzü də o qız idi. Qız da onu sevirdi. Biz də hər zaman onların bu sevgisinə baxıb sevginin var olduğuna inanırdıq. Sanki bu hisslərin ən gözəlini yaşayan onlar idi.Sanki dünyada sevginin mücəssiməsi onlar idi.

Bir gün, qız avtomobil qəzasında həlak oldu. Toplaşıb birlikdə qızın qəbrinin üstünə getdik, iki dost və ağrılar içində qıvrılan o. Qəbrin önündə diz çöküb ağlayırdı. Nə qədər dedik ki, bəsdir ağlama, qoy rahat yatsın, besdir artıq dur gedək dediksə də köməyi olmadı. Bir də baxdıq ki əlini qızın qəbrini örtən torpağa soxub.

-Sən nə edirsən, təəccüblə dedik.
Oğlan: O, əlimi tutmadan yatmazdı  confused

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
536 467 526 462 467 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.