Günay əkiz bacıların cavabını verdi: " Daldan atılan ...."
Ötən həftə müğənnilər Sevil-Sevinc və Eldar Qasımovun yerli maqazin verilişlərində ifaçı Günay İbrahimli barəsində danışıblar.loading.az xəbər verir ki, G.İbrahimli isə növbəsində ad çəkmədən onlara cavabını ünvanlayıb:"Bu haqda danışmıram, danışmayacamda. Kimlərinsə barəsində danışıb, onları olduğum pilləyə qaldırmaq istəmirəm. Atalar yaxşı deyib, daldan atılan daş topuğa dəyər. Mənə maraqlı gəlmədi. Yazıları oxudum , heç nə başa düşmədim.
Mənə adlı-sanlı xalq artistləri qiymət verib. Müğənninin işi nədir, mahnı oxuyub, klip çəkdirmək. Bu ildə konsert proqramı ilə hamını sevindirəcəm".
Menbe:big.az






