Луна

Луна Texnologiya 19-11-2020, 21:19

Yeni “Samsung Galaxy S21” smartfonu vacib funksiya ilə təchiz ediləcək

Yeni “Samsung Galaxy S21” smartfonu vacib funksiya ilə təchiz ediləcək

"Ice universe" və "Max Jambor" adlı tanınmış blogerlər "Samsung Galaxy S21" smartfonunu gözləyən vacib yenilik - rəqəmli qələm (stilus) dəstəyi barədə məlumat açıqlayıblar.

LoaDinG.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin qabaqcıl smartfonu "S Pen" elektron qələmi ilə işləyəcək. İndiyədək stilus yalnız "Note" seriyalı "Samsung" qurğularında mövcud olub.

Lakin "Note" seriyalı smartfonlardan fərqli olaraq "Galaxy S21" üçün qələm əlavə aksesuar rolunda çıxış edəcək. Belə ki, onun üçün korpusda yer nəzərdə tutulmayacaq, smartfona bərkidilmə isə maqnitli olacaq.

Yeni "Samsung Galaxy S21" smartfonunun 2021-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir. 120 giqahers yeniləmə tezlikli ekranla təchiz ediləcək smartfon "Snapdragon 875" prosessoruna malik dünyanın ilk qurğularından olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 469 478 498 478 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.