Sezen Aksu bu səfər bərk əsəbiləşdi.
Yılmaz Erdoğanın "Münaşaka" adlı konsertinə bir çox məşhurlar qatılıb.Loading.Az xəbər verir ki, onların sırasında Sezen Aksu da olub. Tamaşa göstərilən zala daxil olmaq istəyən müğənni jurnalistləri görərək fikrindən daşınıb. Paparassilərin getməyini gözləyən Sezen Aksu zala başqa yerdən keçmək istəsə də alınmayıb. Jurnalistlərin qapıdan uzaqlaşdırılmasını istəyən sənətçi təşkilatçılara əsəbiləşib və evinə geri qayıdıb. Sezen Aksunun geri dönməsi üçün razı salmağa çalışsalar da, cəhdlər boşa çıxıb.(primetime.az)







