Gulusum

Gulusum Sağlamlıq 19-11-2020, 20:34

Koronavirusun erkən əlamətləri açıqlanıb

Koronavirusun erkən əlamətləri açıqlanıb
Tibb mütəxəssisləri koronavirusa yoluxmanın erkən mərhələsində, hələ adamın bundan xəbəri yoxkən özünü göstərən dörd əlaməti açıqlayıblar.

LoaDinG.az xarici KİV-ə istinadən xəbər verir ki, onlarla aparılan tədqiqatda gəlinən qənaətə görə, koronavirusa hər beş yoluxandan biri həzmlə bağlı problemlərlə, o cümlədən iştahasızlıq, ürəkbulanma, qusma, mədə sancısı ilə üzləşir.

Həmçinin Amerika Oftalmologiya Akademiyasının (San-Fransisko) məlumatına görə, yoluxanların 3 faizinə qədəri konyunktivitdən əziyyət çəkir.

London İmperial Koleci tədqiqatçılarına görə, başqa bir əlamət olan beyin pozuntusu xəstəliyin ağırlıq səviyyəsindən asılı olmaqla sağalmadan bir neçə ay sonra da davam edə bilər.

Nəhayət, Dublin Triniti Koleci tədqiqatçılarının gəldikləri qənaətə görə isə, yoluxanların yarısına qədəri təqətsizlikdən əziyyət çəkir və bu da 10 həftəyədək davam edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 430 380 374 331 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.