Melis

Melis özünü 😔 qəmli hiss edir. Hekayələr 20-11-2020, 18:30

Daş və Bulaq

Daş və Bulaq
Yaşıl çəmənlikdə,böyük palıd ağacının altında uzun illər axan sərin bir bulaq vardi. İnsanlar bulaqdan su içib,palıd ağacının altında istirahət edirdilər.

Bir gün balaca bir oğlan palıd ağacının yanına gəldi. O,dəcəllik etməyi çox sevirdi. Oğlan düşündü:

'Maraqlıdır daşı götürüb bulağa atsam nə baş verəcək? Çox güman ki,möhkəm səs çıxacaq!'

Oğlan düşündüyünü etdi,daşı götürüb bulağa atdı. Su şiddətlə şaqqıldadı. Uşaq bunu görüb güldü,sonra isə öz hərəkətinin səhv olduğunu bilmədən ordan uzaqlaşdı.

Sən demə,daş dibə düşərək bulağa su verən dəliyin üstünü bərk örtmüşdü. Artıq bulağa su gəlmirdi. Bulaq qurumağa başladı.

Bulağın yaxınlığındakı palıd və ot örtüyü qurudu,çünki yeraltı çaylar artıq başqa bir yerə axırdı.

Bülbül palıd üzərində yuva qurmağı dayandırdı. Başqa bir çəmənliyə uçdu. Çəmənlikdə bülbülün nəğməsi susdu.

İllər keçdi. Oğlan baba oldu. Bir gün o,nə vaxtsa yaşıl bir çəmən olduğu yerə gəldi,lakin indi burada nə çəmən,nə palıd,nə də ki bulaq var idi. Yalniz isti qum,quru külək əsirdi.

''Burada nə baş verib? Hamısı hara gedib?-deyərək baba öz-özünə düşündü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 471 478 427 500 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.