Луна

Луна İslam Dini 22-11-2020, 16:30

Bəzi hədislərdə deyilir ki, iki günü eyni olan şəxs ziyana uğrayıb. Bunun mənası nədir?

Bəzi hədislərdə deyilir ki, iki günü eyni olan şəxs ziyana uğrayıb. Bunun mənası nədir?
İslam baxımından insan bütün həyatı boyunca təkamül və inkişaf halında olmalıdır. Mənəvi təkamülün imkanları və miqyası sonsuzdur. İnsan hər zaman öz ruhu üzərində işləməli, onu gözəl xüsusiyyətlərə alışdırmalı, pis cəhətlərdən təmizləməlidir. Çünki ruhun üzərində işlənilməzsə, o, dəmir kimi "pas tutar", yəni mənfi xüsusiyyətlərə bulaşar və qəflətdə qalar. İki günün eyni olmaması, bu gün dünənə nisbətən daha uca mənəviyyata malik olmaq deməkdir. Bunu həm elmi (nəzəri), həm də əməli mənada qəbul etmək olar. Yəni insan hər gün yeni biliklər əldə etməli, öz dini və dünyəvi elmini artırmalıdır. Eləcə də, hər gün dünənə nisbətən daha çox savab işlər görməli, günah və məkruh işləri dünənkinə nisbətən azaltmalıdır. Həmçinin, Allaha şükür və ibadət etməyi artırmalı, günahlarına görə ardıcıl tövbə etməlidir. Əgər bu şərtlərə əməl edərsə, həm bu dünyada, həm də axirətdə Allahın razılığını qazanar və xeyir-bərəkət sahibi olar. Əgər əməl etməzsə, Allahın razılığından uzaqlaşar və ziyana düşər.

Bəzi hədislərdə deyilir ki, iki günü eyni olan şəxs ziyana uğrayıb. Bunun mənası nədir?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
726 720 656 720 663 680

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.