Yüksəklik Qorxusu
Ömrümdən bir il də beləcə getdi,
Boşuna gözlədim, boşuna səni.
Yüksəklik qorxunu bilsəydim əgər,
Qoymazdım, qəlbimin başına səni.
O qədər gözəllər düşdü gözümdən,
Səndən başqasına gözüm düşmədi.
Ya bu il mənimçün uğursuz oldu,
Ya da ki, ayağın mənə düşmədi
Başıma haranın daşını salım ?
Doldura bilmədim boş ürəyini.
Ay sənin qəlbinin daşına qurban,
Qoy salım başıma daş ürəyini.
Başıma nə gəldi, nələr gəlmədi,
Sənə sevdiyimi deyəndən bəri.
Elə bil, bir az da cana gəlmisən,
Ömrümü-günümü yeyəndən bəri!
Boşuna gözlədim, boşuna səni.
Yüksəklik qorxunu bilsəydim əgər,
Qoymazdım, qəlbimin başına səni.
O qədər gözəllər düşdü gözümdən,
Səndən başqasına gözüm düşmədi.
Ya bu il mənimçün uğursuz oldu,
Ya da ki, ayağın mənə düşmədi
Başıma haranın daşını salım ?
Doldura bilmədim boş ürəyini.
Ay sənin qəlbinin daşına qurban,
Qoy salım başıma daş ürəyini.
Başıma nə gəldi, nələr gəlmədi,
Sənə sevdiyimi deyəndən bəri.
Elə bil, bir az da cana gəlmisən,
Ömrümü-günümü yeyəndən bəri!
Müəllif: ElKiN Kerimli.






