ice berg

ice berg özünü 😊 sevincli hiss edir. Xəbərlər 25-11-2020, 15:00

Kəlbəcərin kosmosdan görüntüsü yayılıb-FOTO

Kəlbəcərin kosmosdan görüntüsü yayılıb-FOTO
"Azərkosmos" ASC bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunun "Azersky" peyki ilə çəkilmiş görüntüsünü yayıb.

Loading.az-ın məlumatına görə, səhmdar cəmiyyətinin bununla bağlı açıqlamasında deyilir:

"Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.

İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan "Xudavəng" və "Gəncəsar" monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunublar. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni
barbarlığının ən son nümunəsidir".








Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!

Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 305 356 339 334 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.