ice berg

ice berg Xəbərlər 29-11-2020, 17:30

Dünya rekordu: 144 mərtəbəli bina 10 saniyəyə söküldü

Dünya rekordu: 144 mərtəbəli bina 10 saniyəyə söküldü
Əbu-Dabi şəhər bələdiyyəsi "Ginnesin Rekordlar" kitabına daxil edilən söküntü işi həyata keçirib.

Hündürlüyü 165 metr olan 144 mərtəbəli "Mina Tauer" mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.

Əbu-Dabi şəhərinin media ofisindən yayılan məlumatda deyilir ki, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işləri cəmi 10 saniyəyə başa çatıb. Ətrafdakı tikililərə zərər dəyməyib.

Qeyd edək ki, 2 il əvvəl də Əbu-Dabi şəhərində ADNOC milli neft şirkətinin iki hündürmərtəbəli binası sökülmüşdü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 407 278 353 316 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.