ice berg

ice berg Xəbərlər 29-11-2020, 18:30

Azərbaycanda manatla geniş pul kütləsi tarixi maksimumunu yeniləyib

Azərbaycanda manatla geniş pul kütləsi tarixi maksimumunu yeniləyib
Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 26 mlrd 947,9 mln manat təşkil edib.

Loading.az`ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi oktyabrın 1-nə nisbətən 164,6 mln manat və ya 0,6 %, ötən ilin analoji dövrü ilə müqayisədə isə 501 mln manat və ya 1,9 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə 18 mlrd 573,6 mln manat təşkil edib. Bu, oktyabrın 1-nə olan analoji göstəricidən 145,8 mln manat və ya 0,8 %, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2 mlrd 234,6 mln manat və ya 13,7 % çoxdur.

Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi 18 mlrd 573,6 mln manata çataraq tarixi maksimumunu yeniləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 354 306 299 316 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.