reklam
🇦🇿 Mən sənə qurban, Laçın 🇦🇿 🇦🇿 Mən sənə qurban, Laçın 🇦🇿 https://sun.az/uploads/posts/2020-11/thumbs/1606761016_loading.az_lacin.jpg
amon

amon 🇦🇿 Qarabağ 💪 Azərbaycan 1-12-2020, 00:00

🇦🇿 Mən sənə qurban, Laçın 🇦🇿

🇦🇿 Mən sənə qurban, Laçın 🇦🇿

Mən sənə qurban, LAÇIN.

Bağçaları sarı gül.
Yarı qönçə, yarı gül.
Gec açıldın, tez soldun,
Olmayaydın barı gül.

Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.


Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir.


Ərazisi 1883 kv. km. Əhalisi 65430 nəfər olmuşdur.
Mədəniyyət müəssisəsi: 217
Səhiyyə obyekti: 142
İdarə və müəssisə: 133
Ümumtəhsil məktəbi: 100
Məktəbəqədər müəssisə: 5
Musiqi məktəbi: 5
İnternat məktəbi: 1
Orta texniki peşə məktəbi: 1
Rabitə müəssisəsi: 1

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. 1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. və artıq Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycanı o, cümlədən bütün Laçın əhlini təbik edirəm.

🇦🇿 Mən sənə qurban, Laçın 🇦🇿


Tarixi-dini abidələri

Məscid – Qarqışlaq kəndi
Məbəd – Piçənis kəndi
Məscid – Piçənis kəndi
Məscid – Piçənis kəndi
Məbəd – Qorçu kəndi
Məbəd – Aşağı Fərəcan kəndi
Məbəd – Şalva kəndi
Məbəd – Əhmədli kəndi
Məbəd – Minkənd kəndi
Məbəd – Minkənd kəndi
Məbəd – Mirik kəndi
Məbəd – Sonasar kəndi
Məbəd – Sadınlar kəndi
Məbəd – Hoçaz kəndi
Mağara məbədi – Hoçaz kəndi
Düzbucaqlı məscid-mədrəsə - Cicimli kəndi


Ziyarətgahlar

Məlik Əjdər türbəsi – Cicimli kəndi
Türbə – Cicimli kəndi
Sultan Baba piri – Zeyvə kəndi
Türbə - Güləbird kəndi
“Ağbaxt xeyir” türbəsi – Əhmədli kəndi
Soltanbaba türbəsi – Zeyvə kəndi
Şeyx Əhməd türbəsi – Zeyvə kəndi
Türbə – Zeyvə kəndi
Dəmirovlu Pir məbədi – Qarıqışlaq kəndi
“Aşığ” qəbiristanlığı – Mezmazak kəndi
Qəbiristan – Abdallar kəndi
Araxışda türbəsi – Ərikli kəndi
Qarasaqqal türbəsi – Ərikli kəndi
Xəlifə türbəsi – Malxələf kəndi
Türbə – Zeyvə kəndi
Ağa Baba piri – Seyidlər kəndi
Əli bulağı piri – Hocaz kəndi
Xəlif piri – Məlikpaya kəndi
Seyid Kərimin ocağı – Farraş kəndi
Yer daş piri – Qarakeşiş kəndi
Xəlifə qəbri ziyarətgahı – Malıbəy kəndi
Alı Xəlifə ocağı – Böyük Seyidlər kəndi
Seyid Hüseyn ağa ziyarətgahı – Böyük Seyidlər kəndi
Güllü qəbir piri – Böyük Seyidlər kəndi


Tarixi memarlıq abidələri

Körpü - Aşağı Fərəcan kəndi
Qala – Mirik kəndi
Daş qutusu – Abdallar kəndi
Kurqan – Cicimli kəndi
“Qızqəbri” kurqanı – Cicimli kəndi
Kurqan – Cicimli kəndi
Kurqan – Ziyrik kəndi
Kurqan – Qoçaz kəndi
Kurqan – Güləbird kəndi
Üzərində ərəb yazıları olan daş at fiquru
Üzərində ərəb yazıları olan daş at fiquru
Daş at fiquru – Malıbəy kəndi
Üzərində ərəb yazıları olan daş at fiquru
Daş at fiquru – Güləbird kəndi
Üzərində ərəb yazıları olan daş at fiquru – Güləbird kəndi
Daş qoyun fiquru – Küsülü kəndi
Daş qoyun fiquru – Keçmiş Xallanlı kəndi
Daş at fiquru – Keçmiş Xallanlı kəndi
Kafir-qala – Zeyvə kəndi
Birtağlı körpü – Minkənd kəndi
İkitağlı körpü – Minkənd kəndi
Birtağlı körpü – Zabux kəndi
Soltan Əhməd sarayı – Soltanlar kəndi
Həmzə Soltan sarayı – Hüsulu kəndi
Sarı Aşığın ev muzeyi – Güləbird kəndi
Laçın Tarix-diyarşünaslıq Muzeyi – Laçın şəhəri


















Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
758 714 729 729 724 786
[attachment=25:lacinim-mehebbet-kazimov.mp3]

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.