Bir Daha Gəldim O Yerlərə,Tanış Küçə Tanış Mənzərə...
Şanslı idim..çünki illər sonra təkrar qarşıma çıxdığın zaman yarı ölü vəziyyətdə yaşamağın nə olduğunu tam olaraq öyrənmişdim.Bu gün göz- gözə gəldiyimiz zaman hiss etdiyim o qəribə,ürəkbulandırıcı həyəcanı da bu səbəblə göz ardı etməyi bacarmışdım.İndi gözlərinə baxarkən gülümsəyə bilirdim.. əllərini üzümə toxundurarkən, barmaqlarını saqqalımda gəzdirib necə olduğumu soruşarkən, "necə olur ki,bu qədər rahat davranır?" deyə düşünmürəm artıq içdən- içə..çünki bu gün, o gözəl,yumuşaq,ilıq dərinin altında gizlətdiyin buz divardan xəbərim var..boynunda hələ də eyni ətir vardı bu gün,niyə dəyişdirməmisən? Üstündən nə qədər il keçir keçsin hansısa xatirəni saniyələr içində gözlərinin önünə gətirəcək yeganə sehrin ətir olduğunu bildiyin üçün? yasəmən..həmin yasəmən qoxusu.Yaz günlərindən biri idi yadımdadır.Səni ilk dəfə öpdüyüm o anı qaçırmış olmağı o qədər çox istəyərdim ki.. bu hissin nə olduğunu heç vaxt bilməmiş olmağı, əllərinin hiss etdirdiyi həyəcanı, dodaqlarının dadını və saçlarındaki yasəmən qoxusunu.







