Gulusum

Gulusum Xəbərlər 1-12-2020, 16:00

1 dekabr hava haqqında məlumat

1 dekabr hava haqqında məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq. Ona görə də işə gedərkən və işdən evə qayıdarkən çətirə ehtiyacınız olmayacaq.
Günorta saatlarında Bakını dolaşmaq istəsəniz, havanın küləkli olacağını nəzərə almağınız gərəkəcək.

Rayonlara gəldikdə isə, bu gün əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Külək isə qərbdən əsəcək.
Əyalətlərdə havanın temperaturu gecə 6-10, gündüz 20-24, dağlarda gecə 5-7, gündüz 15-19 dərəcə isti olacaq. Yalnız gecə, bir də səhər saatlarında duman olacaq.
Göründüyü kimi, qışın ilk günü olmasına rəğmən, Azərbaycanda havalar hələ də nisbətən isti və günəşlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 320 350 385 337 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.