QADIN
Q A D I N
*
Haqqında sözlərin mənası dərin,
İçinin dumanlı, siz duyğusu var,
Eşq üçün döyünən ürəklərinin,
Baxışdan baxışa min oğrusu var.
*
Sığala sığmayan telləri kimi,
Varlığı genişdir, dünyaya sığmaz.
Qadın var ağlayar dəlilər kimi,
Qadın var ağladır, susar, ağlamaz.
*
Yolu var genişdir, günəşli, hamar,
Dönər dar küçəyə ayaq sürüşər,
O birsi yıxılmaz, əyilməz olar,
Təkliklə döyüşər, dərdlə döyüşər.
*
Taleyin zərbəsi yaş şallah kimi,
Ağrıdan yazılar yazılmaz qərar,
Atılar torpağa gül-çiçək kimi,
O gül gül bitirər, ya bir gün solar.
*
Ölən sevgilərin məzarı üstə,
Dərilib atılmiş əkildi qadın,
Divardan asılmış başımın üstə,
Hər gün seyr etdiyim şəkildi qadın.
*
Rəşad
Məhəmmədoğlu






