KiBirLi_PrenS.

KiBirLi_PrenS. Hekayələr 1-12-2020, 20:45

YazDim Yene

YazDim Yene
Yaşayırsan. Elə o ümidlərlə yaşaya-yaşaya da həyatla barışmağa başlayırsan. Barışdıqca da ümidlərin pillə-pillə reallığa doğru enir. Və bir gün görürsən ki, ya bir qəzetin küncündə, bucağında eşələnib ailənə çörəkpulu qazanan adicə müxbirsən, ya hansısa qapının keşikçisi, ya da hansısa idarənin sıravi bir məmuru. Amma nələr düşünmüşdün, xəyalında nələr qurmuşdun…
Elə bu həyatın bir hikməti, bir gözəlliyi də ondadır ki, bir an öncəni görmək mümkün deyil. Demək, bütün bu ssenariləri yazan bizi bizdən daha çox düşünüb.
Ölüm də elədir. Nə vaxt öləcəyimizi bilsək, bəlkə də aylar, illər uzunu əlimizi, qolumuzu sallayıb o günü gözləyərdik. Amma bilmirik, ehtimal belə vermirik, başımızı aşağı salıb işimizlə məşğuluq.
Ölüm çox qorxuludur, əgər onu düşünmədinsə… Əgər nə vaxtsa ölüm adlı bir həqiqət qapısından keçib başqa bir dünyaya girəcəyini xəyalından keçirmədinsə, kabusdur, dəhşətdir ölüm. Amma düşündünsə, hər şeyin bir Sahibi olduğunu unutmadınsa, axirətini bu dünyaya satmadınsa, toy-bayramdır, gözəl bir səfərdir ölüm.
Səfəriniz xeyrə qənşər olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
589 573 489 475 530 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.