ice berg

ice berg İdman 2-12-2020, 14:48

"Real Madrid"in baş məşqçisindən istefa açıqlaması

"Real Madrid"in baş məşqçisindən istefa açıqlaması
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda Ukraynada Donetsk "Şaxtyor"una 0:2 hesablı məğlubiyyəti şərh edib.

Loading.az xəbər verir ki, fransalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qara zolaq"da olduqlarını bildirib.

48 yaşlı baş məşqçi istefa məsələsinə də toxunub: "Hazırkı reallıqda işimizi davam etdirməliyik. Matça yaxşı hazırlaşmışdıq. İlk hissəni əla keçirsək də, qol vur bilmədik. Daha bir oyunumuz qalıb. Qələbə qazanmalıyıq. İstefa məsələsinə gəlincə, bu barədə düşünmürəm. İşləmək üçün gücüm var. Başımızı qaldırıb, növbəti oyunu fikirləşməliyik. Başqa yolumuz yoxdur".

Qeyd edək ki, 5 oyundan cəmi 7 xal toplayan "Real Madrid" B qrupunda 3-cü pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 402 372 476 388 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.