reklam
Bax, qar yağır.Hələki tam səssizlikdir Bax, qar yağır.Hələki tam səssizlikdir http://sun.az/uploads/posts/2017-02/1487077400_bax-qar-yagir.heleki-tam-sessizlikdir.jpg
amon

amon Sevgi 14-02-2017, 17:02

Bax, qar yağır.Hələki tam səssizlikdir

Bax, qar yağır.Hələki tam səssizlikdir
Bax, qar yağır.Hələki tam səssizlikdir 
Bax, qar yağır..Hələki tam səssizlikdir. Hm. Birazdan uşaqların qəh-qəhələrini eşidəcəyəm. Hər tərəf sanki ağ bir rəngə boyanmış, palçıqlı, soyuq payızdan sonra...

Palçıqlı yerlər ağarıb. Və daha əvvəl o yoldan getməyək, çirkaba bulaşarıq dediyimiz yollar, ağ bir əfsanəyə çevrilib. Məni isə bir sual maraqlandırırdı: Qar yağdıqda, pisliklərdə örtülürmü ağ maskanın altında görəsən?
 

Yaxşı bunları düşünmək zamanı deyil. Bax, qar yağır....Sən ki bunu çoox sevirsən. Düşünmə sən pislikləri. Qoy hər şey sənin düşündüyün kimi olsun. Qar yağdıqda, hər kəs bir uşaq tək qara sevinir deyə düşün. 

Qar yağdıqda, pisliklərdə yox olur deyə düşün. Qara olan nə varsa, qarın yağması ilə ağlara boyanır deyə düşün. Düşün, sevin, sev, sevil! Bax. Qar yağıb.
 

Qışın sərt olduğunu düşünmə, qar yağıb, sevdiyinin bu soyuq qışda səni isindirəcəyini düşün,əl-ələ qar yağarkən gəzəcəyinizi düşün. Sevin...Var Ol...Qar yağır!
 
Düşünmə payız gəldi getdi getdi deyə, qışa ümid et. Qış gəldi. Qar yağır axı. Bəlkə, qar topu oynaağa gedərsiz deyə düşün...O olmasada, dostlarınla oynayacağını düşün..Sevin Var ol....Qar yağır!
 

Hə, ən gözəl olanı çəkmək zamanıdır. Qarda çəkdir ən gözəl olanı...Tək yox, onunla çəkdir ən gözəl olanı. Qarda çəkdir. Sevin! Qar yağır axı...


Mən sənin yanına gələcəyəm demə. Dur! Oyan! Get! Qar yağır..Get onun yanına. Bir uşaq tək sevinin bir-birinizə. Paylaşın sevginizi, sevinin. Gülümsəyin yağan qara....Sevinin qar yağır!


Kaş ki yanımda olsan da demə. Kaşkilə keçmişdə qalıbdır daha. Bu gün isə qar yağıb...Sevinmək zamanıdır.

Söz istəmə yanında olacağına dair, sadəcə sən onun yanında ol. Qar yağır. Onunla ol! Qəlbinə qar yağmasına imkan vermə..Sev, sevil, sevin! Axı qar yağır...

HƏ, gəl körpə, gəl. Həyat çox gözəldir. Səndə sevəcəksən qarı mənim tək. Oynayacaqsan....Gəl körpə. Ümidlə gəl.
 
Sevinin hamınız..Yaşayın. Bəlkədə qar yağmır bu dəqiqə sizin həyətə....Yağmır? Üzülmə, yenədə 31 nə ümidini itirmə..Qar yağacaq! Sev, sevil, sevin..

Qar yağır...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 426 339 334 327 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.