Papatya_016

Papatya_016 özünü 😐 narahat hiss edir Şeirlər 4-12-2020, 15:00

"Bəlkə görüşək"

"Bəlkə görüşək"
Dilucu dedin ki, "bəlkə görüşək"?
Sevinib gülürdüm, görüşəcəyik?!
Bir zərrə ümüdə, bel bağlamışdım,
Sevincdən ölürdüm, "Görüşəcəyik".

Hey yozurdum ayrılığı mən tərsə
Əzbərimlə hazır idim bu dərsə
Xəyalımda yenə alıb nələrsə,
Səninlə bölürdüm, "Görüşəcəyik".

Görürsən?Həsrətin ruhumu sarıb.
Bu məlal, intizar məni çox yorub.
O sözü deyəndən xəyallar qurub ,
Hey sənə gələrdim, " Görüşəcəyik"...

Biz həsrət odunda qovrulubmuşuq
Kül olub göylərə sovrulubmuşuq
Sən demə ömürlük ayrılıbmışıq
Mən elə bilirdim görüşəcəyik...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 503 499 481 476 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.