☆günka

☆günka özünü 😔 qəmli hiss edir. Şeirlər 4-12-2020, 14:50

""""Qaytar Ver""""

""""Qaytar Ver""""

İndi ki, deyirsən "unut" sən məni.
Yaxşı nə deyirəm: gəl razılaşaq.
Öncə qaytar mənə əvvəlki məni,
Mən də, razı qalım biz vidalaşaq.

Qaytar üzümdəki gülüşlərimi
Qaytar ver, əzizim heç yubanmadan.
Bir də, bəxş etdiyim məhəbbətimi,
Qaytar ver qəlbimi parçalanmadan.

Əmanət etdiyim namusumu da,
Qaytar ver ləkəsiz, tər təmiz olsun.
Mənim sarsılmayan qürurumu da,
Qaytar ver əyilib ,sınmamış olsun.

Unutmaq asansa sən unut məni,
Çıxar ürəyini sil məni ordan.
Qaytar ver özümə yetim sevgimi,
Qaytar ver göz yaşın heç qurumadan.

Sədayə Arzu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
556 601 531 577 571 577

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.