☆günka

☆günka özünü 😍 sevimli hiss edir. Şeirlər 4-12-2020, 15:30

《ALLAH》

《ALLAH》

Kimə ki, güvəndim sonuma çıxdı.
Deşik-deşik oldu kürəyim, Allah.
Bəs deyil bu qeder cekdiyim zülüm?
Daha tab elemir ürəyim, Allah.

Hamını dünyaya tən getirmisən
Söylə, neçə dənə mən gətirmisən?
Məni ki, dünyaya sən gətirmisən
Bəs niyə olmusan fələyim, Allah?

İzin ver bir dəfə deyim-gülüm mən
Ya da al canımı cavan ölüm mən
Axı neyləmişəm, de ki, bilim men
Niyə daşdan çıxır çörəyim, Allah?

Mən ana bətnində yaşadım rahat
Doğuldum dünyanı tanıdım bərbad
İki yüz manata iki yüz saat
İşlədim kəsildi kələyim, Allah.

Səddam Laçın

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
560 525 495 448 506 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.