Gulusum

Gulusum Texnologiya 4-12-2020, 16:30

“Apple” təbiətin çirkləndirilməsində ittiham edilib

“Apple” təbiətin çirkləndirilməsində ittiham edilib
Böyük Britaniya Parlamentinin Ekoloji audit üzrə komitəsi "Apple" şirkətini çoxlu elektron tullantıların atılmasında ittiham edib. Komitə nümayəndələrinin sözlərinə görə, bu, şirkətin aktual smartfonlar dəstinə enerji doldurma qurğusunun daxil edilməməsinə görə baş verir.

LoaDinGaz ictnews.az-a istinadən bildirir ki, komitə təmsilçilərinin fikrincə, "Apple" rəhbərliyi bu qərarı qəbul edəndə ekologiyanı nəzərə almayıb. Bu yenilik səbəbindən şirkət tərəfindən məhsullara xidmətin göstərilməsinin çətinliyi və yığımların sayı artırılıb. Bundan başqa, Böyük Britaniya Parlamenti bu qərara görə elektron tullantıların sayının çoxaldığını bildirib.

Lakin "Apple" nümayəndələri qeyd edib ki, indi istifadəçilər qurğuların təhlükəsiz təmiri, alışı və satışı üçün daha çox imkanlara malikdir. Bununla yanaşı, vurğulanır ki, yeni "iPhone 12" smartfonunun yaradılmasında təkrar emal edilən materiallardan istifadə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 492 450 503 474 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.