ice berg

ice berg İdman 5-12-2020, 14:11

"Barselona" iflas həddində: Messi satıla bilər

"Barselona" iflas həddində: Messi satıla bilər
İspaniyanın "Barselona" klubu ciddi maliyyə problemi ilə üzləşib.

Loading/az`ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisində prezident vəzifəsini müvəqqəti icra edən Karles Tusqets "Rac 1" telekanalına müsahibəsində deyib.

Klub rəsmisi vəziyyətdən çıxış yolu kimi Lionel Messinin satılmasının tərəfdarı olduğunu bildirib: "Amma bunun üçün məşqçilər heyəti ilə danışmaq lazımdır. Bu mövsüm üçün problem həll olunub. Oyunçular yanvar ayının maaşlarını almayacaqlar. Amma hazırda xərclərimiz inanılmaz dərəcədə çoxdur. Olduqca qorxulu mənzərə ilə üz-üzəyik. Lakin stadionlar açıldıqdan sonra vəziyyəti düzəldə bilərik".

Tusqets Fransanın PSJ komandasında çıxış edən Neymarın yenidən transfer edilməsi məsələsinə də toxunub: "Bu keçid yalnız havayı olarsa, baş tuta bilər. Ya da ki, yeni prezidentin sehrli çubuğu olmalıdır".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 447 353 448 357 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.