ice berg

ice berg Xəbərlər 5-12-2020, 17:11

Hörümçəyi hədəf alan qadın qardaşını nizə ilə vurdu

Hörümçəyi hədəf alan qadın qardaşını nizə ilə vurdu
Rusiyada qadın doğma qardaşını nizə ilə vurub.

Bu barədə MK xəbər yayıb.

Bildirilir ki, hadisə Moskvada yaşanıb. Qadın hüquq mühafizəçilərinə bildirib ki, o, tavanda hörümçəyi hədəf alıb, amma nizə qardaşına dəyib.

Məlumata görə, qadının qardaşı ilə mənzil üstündə problemi olub. Bildirilir ki, keçirilən ad günü məclisində qadın ¼-nə sahib olduğu evin satışı barədə söz salıb. Qardaşının ailəsi isə yenə bundan imtina edib.

Qadın bundan sonra "ova çıxıb".

O, tozsoranın borusu və bıçaqdan hazırlanan əldəqayırma nizə ilə qardaşının qarnından vurub. 41 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İfadə zamanı isə qadın tavandakı hökümçəyi hədəf aldığını deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 291 337 348 283 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.