ice berg

ice berg İdman 6-12-2020, 20:00

Maradonanın iki saat taxmasının sirri açıldı..

Maradonanın iki saat taxmasının sirri açıldı..
Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın iki saat taxmasının sirrini açıqlayıb.

Bu barədə "Championat" xəbər yayıb.

Onun sözlərinə görə, bu sirri Madriddə onların ilk görüşlərindən biri zamanı öyrənib.

"Maradona ilə şam edəcəkdik. O, qolunda iki saatla gəldi. Mən bunun səbəbini soruşdum. O, bunun qızının hədiyyəsi olduğunu deyərək, başqa şəkildə evdən çıxmadığını söylədi. Yeməyin sonunda Dieqo saatlardan birini çıxarıb mənə hədiyyə etdi. Götürmək istəmədim, amma o, əsəbiləşdi və çıxış yolum qalmadı",
- deyə Ronaldo xatirəsini bölüşüb.

O, Maradonanın səxavətini və dostluqlarını xatırlatmaq üçün bu saatı ömrünün sonuna qədər saxlayacağını vurğulayıb.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 399 360 386 429 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.