amon

amon İdman 8-12-2020, 01:29

Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Loading.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.

A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN

B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva

D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan

E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya

F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova

G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq

H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta

I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino

J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn

Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 komanda birbaşa final, ikinci yerin sahibləri isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 409 419 451 493 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.