Qripin ilk simptomlarında güclü virus əleyhinə xüsusiyyətləri olan təbii vasitələr
Bu vasitələr qripin gedişatını yüngülləşdirir. Bir çox hallarda müxtəlif ağırlaşmaların qarşısını alır.
1.Aloe vera bu bitki immun sistemini gücləndirir virusla mübarizə edir qripin simptomlarını yüngülləşdirir. Aloe şirəsini eyni miqdarda balla qarışdırıb gündə 2-3 dəfə 1 x.q. olmaqla qəbul edin.
2.Sarımsaq
Güclü virus və mikrob əleyhinə tasirə malik olan sarımsaq qrip və soyuqdəymə zamanı ən effektli təbii vasitələrdəndir. Sarımsağı tez-tez salatlara əlavə edin. Həmçinin xüsusi sarımsaq suyu hazırlamaq olar.
5 diş sarımsağı blenderdən keçirin. Üzərinə 1 stəkan isti (qaynar yox) su tökün, su soyuyanda süzün. 1-2 x.q. bal əlavə edin. Dəmləməni gün ərzində hər dəfə 1-2 x.q. olmaqla için.
3.Zəncəfil
Ən güclü virus əleyhinə vasitələrdən biridir. Zəncəfilli-limonlu çay qrip və soyuqdəymənin simptomlarını yüngülləşdirir öskürək və zökəm zamanı yardım edir. İmmuniteti gücləndirir, sağalmanı tezləşdirir. Çaya bal da əlavə edə bilərsiniz.
4.Sarıkök
Qrip və soyuqdəymənin ilk simptomlarında bal və sarıkök əlavə olunmuş süd içməyi tövsiyə edirlər. Bu qarışım güclü virus əleyhinə vasitədir.
1 stəkan çox da isti olmayan südə (təxminən 40 C) 1 c.q. sarıkök və 1 x.q. bal əlavə edin, qarışdırın və için. (BOL MAYE QƏBUL EDİN)






