Gulusum

Gulusum Hekayələr 9-12-2020, 14:30

Balaca Qız...

Balaca Qız...


Balaca Qız...

Balaca qızlar olur,3-5 yaşlı,barbielər,kuklalarla oynayan balaca qızlar,qeyri-iradi bir gün gəlin,ana olacağını övünərək deyən balaca qızlar və uşaq ki uşaq deyib onlara gülən valideynlər,qohumlar,əqrəbalar... Amma onlar bilməzlər bir balaca qız ilk gəlinlik paltarı geyinəndə bir gün bundan da qəşəng gəlinliyim olacaq deyər,kuklasına qızım deyəndə bir gün böyüyüb ana olacağının xəyalını qurar. Mən o balaca qızlardan olmadım,mən balaca qız heç olmadım,yalan və xəyanəti tanıyanda 5 yaşım vardı..

İkiüzlülük və yaltaqlıqla tanış olanda 7... Mən nə balaca qız ola bildim,nə yeniyetmə,nə gənc,özümü bildim biləli yekə qızıydım mən,hamının yekə qızsan dediklərindən...Mən heç gəlinlik xəyalı qurmadım ömrümcə,sevdiyim ilk kişi atam olmadı məsələn,bütün kişiləri onun timsalında tanıdım mən,bütün kişilər atam kimi sandım,güvənmədim,güvənə bilmədim,kişilərə və kişi cisminə...Ana olmaq xəyalı qurmadım heç,qızım atam kimi bir adamın qızı olar yada atam kimi bir adamla ailə qurar deyə...Mən qadın ola bildim sadəcə,sevən,əzilən,döyülən,alçalan qadın... Bir gün atam kimi kişilərin milyonuna dəyəcək bir qadın...


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 484 494 491 481 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.