Diablo

Diablo Xəbərlər 9-12-2020, 15:30

Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb

Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb
İlin əvvəlindən bu günə qədər Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 40 rəqəmsal seysmik stansiyanın məlumatı əsasında bu günə qədər RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 11 016 yeraltı təkan, 1 021 partlayış qeydə alınıb.

Məlumata əsasən, zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub. Onlardan 3 025-i regional, 2 301-i isə uzaq zəlzələlərdir. Bundan başqa, tək stansiya tərəfindən 1 090 zəif təkan qeydə alınıb.

Qeyd olunub ki, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudaları ml>3 olan 70 zəlzələ qeydə alınıb, onlardan 20-si hiss olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 351 361 321 351 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.