ice berg

ice berg Xəbərlər 12-12-2020, 13:30

Putinin "Qiyamət günü təyyarəsi"ndə oğurlanan avadanlıqlarla bağlı açıqlama

Putinin "Qiyamət günü təyyarəsi"ndə oğurlanan avadanlıqlarla bağlı açıqlama
İl-80 təyyarəsinin yük hissəsindən naməlum şəxslər tərəfindən oğurlanan avadanlıq köhnə olub və dəyişdirilməli idi.

Bu barədə LoaDinG.aZ "İnterfaks" a istinadən xəbər verir.

Bildirilir ki, oğurlanan avadanlıqların vaxtı bitmişdi.

O da məlumdur ki, təyyarə fəaliyyət göstərməyə davam edəcək.

Xatırladaq ki, aerodromda təyyarənin qarət olunması barədə məlumat dekabrın 7-də yayılıb. Naməlum şəxslər İl-80-də 30-dan artıq quraşdırılmış radiostansiyanı oğurlayıblar.

Təyyarə modernləşdirmə məqsədilə Taqanroqun cənubundakı aerodroma gətirilibmiş

Qeyd edək ki, "Qiyamət günü təyyarəsi" də adlandırılan hava komandanlığı məntəqəsi İl-80 məxfi təyyarə sayılır.

Onun əsas təyinatı iri miqyaslı münaqişələr zamanı yüksək rütbəli şəxslərin, hərbi rəhbərliyin təxliyyəsini həyata keçirmək, onların təhlükəsizliyini təmin etməkdir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 348 337 301 373 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.