Azərbaycanlı əməkdar jurnalist dünyasını dəyişdi
"Kirpi" jurnalının baş redaktoru, tanınmış jurnslist Polad Qasımov dunyasını dəyişib. Mərhum bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.Polad Qasımov 1942-ci ildə Gədəbəy rayonunu Ataxal kəndində anadan olub, BDU-nun Jurnalistika fakültəsini bitirib. 1960-cı illərdən jurnalistika fəaliyyətinə başlayıb. "Azərbaycan pioneri", "Komunist" qəzetində çalışıb. 1995-ci ildən "Kirpi" jurnalının baş redaktoru idi.
Əməkdar mədəniyyət İşçisi, əməkdar jurnalist və bir sira fəxri adlara layiq görülüb.
Allah rəhmət eləsin.(kult.az)







