Diablo

Diablo İdman 12-12-2020, 19:00

PSJ Neymarın satış qiymətini açıqladı

PSJ Neymarın satış qiymətini açıqladı
"Pari Sen-Jermen" futbol klubunun prezidenti Nasser Əl-Xəlafi braziliyalı hücumçu Neymarın satış qiymətini təyin edib

Loading.az xəbər verir ki, bu barədə “Sport.es” bildirib.

Qeyd edilir ki, PSJ oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq.

Həmçinin bildirilir ki, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması imkanına optimist baxır. Ancaq hazırda bununla bağlı danışıqlarda irəliləyiş yoxdur.

Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Futbolçu Paris klubu ilə üç dəfə Fransa çempionu olub, iki dəfə ölkə Kubokunu qazanıb, həmçinin Liqa Kuboku və milli Superkuboku udub. Oyunçunun müqaviləsi 2022-ci il ilin yayına qədər qüvvədədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
469 379 426 383 382 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.