Getdiyini anlamaq..

Bir insanın getdiyini qavramaq qədər çətin heçnə yoxdu. Düşünsənə, həyatında ən önəm verdiyin insan gedir. İlk başda anlamırsan, bunun zarafat olduğunu sanırsan amma sonra anlayırsan...
Nədən anlayırsan, bilirsən?
Onun gedişini telefonuna gəlməyən zənglərdən anlayırsan, atılan mesajlara gəlməyən cavablardan anlayırsan. Gecənin səssizliyindən anlayırsan. Xəbərsiz qalırsan ha nə yeyib nə içdiyinən, hara gedib hardan gəldiyidən, gününü necə keçirdiyinən, nələr etdiyindən xəbərsiz olursan ha bax o zaman anlayırsan getdiyini...
Başını yüz şeylə qatırsan amma bir şeyin başını qatdığını anladığında anlayırsan. Bir şəkildə getdiyini anlayırsan və anladığında ölüm kimi bir şey yaşayırsan amma ölmürsən..







