ice berg

ice berg Xəbərlər 17-12-2020, 15:00

Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ

Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ
Bakı şəhəri, Binəqədi rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.

LoaDinG.aZ "Report"a istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Cəmşid Hənifəyev əvvəllər Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 529 480 481 486 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.