amon

amon İdman 17-12-2020, 16:44

Maradonanı təhqir edən KİV-lər məhkəməyə verildi

Maradonanı təhqir edən KİV-lər məhkəməyə verildi
Argentina millisinin sabiq kapitanı və baş məşqçisi Dieqo Maradonanın kiçik qardaşı Uqo Maradona İtaliyanın bir neçə kütləvi informasiya vasitəsini (KİV) Neapol məhkəməsinə verib.

Loading.az xəbər verir ki, o, mərhum qardaşına qarşı təhqir və böhtanın artmasını əsas gətirərək, 100 000 avro məbləğində təzminat tələb edir.

U.Maradona bəzi KİV-ləri veteran hücumçunu gombul və oğru adlandırmaqda günahlandırıb: "Kiməsə bu adı qoymaq onun fiziki qüsurlu olmasına sataşmaqdır. Maradona nə oğru, nə də vergidən yayınan olub. Məhkəmənin bununla bağlı qərarı var. Onun vəkili olmuşam və nə dediyimi yaxşı bilirəm".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 435 429 369 336 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.