ADMiN

ADMiN Şeirlər 21-02-2017, 01:09

Təkcə mənimsən

Təkcə mənimsən
Qəlbimin ən gözəl otağı sənin
Mənim cənnətimdir sənin gözlərin
Mənim hüzurumdur o həzin səsin
Kaş bir də sən özün, olaydın mənim

Hər günüm səninlə nurlansın mənim
Hər gün əllərini tutsun əllərim
Nə qədər desəm də qələmə yazma
Yenə sənə yazır mənim qələmim...


Görürsən? Bütün şeirlərim səndən danışır?
Sənsizlik çox çətin hisdir inan ki
Hər gecə ürəyim yanır, alışır
Qələmim dayanmır, hey səndən yazır...

Qoy yazsın qələmim durmadan səndən
Qoy vərəq dinləsin yazan qələmdən
Sən isə tək bircə oxu gözümdən
Sən mənim əbədi xoşbəxtliyimsən
Heç kimin deyilsən,təkcə Mənimsən!


Təkcə mənimsən!Təkcə mənimsən!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
656 628 540 637 612 602

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.