ice berg

ice berg Xəbərlər 18-12-2020, 16:00

BMT-nin qərargahı bağlandı

BMT-nin qərargahı bağlandı
Nyu-Yorkun İst-River çayının sahilində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzi qərargahı, əvvəlki gün şəhərə yağan qar səbəbiylə bağlanıb.

LoaDinG.aZın TASS-a istinadla məlumatına görə, təşkilatın bütün işçilərinə və diplomatlarına göndərilən mesajda deyilir ki, BMT-nin qərargahı qar fırtınası səbəbindən 17 dekabrda bağlanacaq. İşçilər və nümayəndə heyətlərinə 18 dekabr, cümə günü iş saatları ilə bağlı əlavə məlumat veriləcək.

Binanın bağlanması səbəbindən BMT Baş Məclisinin Beynəlxalq Cinayət Məhkəməsinin işi ilə bağlı plenar iclası ləğv edilib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının əksər iclasları da daxil olmaqla bir çox tədbir hələ də video formatında keçirildiyi üçün qrafikə uyğun olaraq baş tutacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
309 325 298 346 352 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.