ice berg

ice berg Xəbərlər 18-12-2020, 17:00

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
Dekabrın 18-də Mingəçevirdə maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən LoaDinG.aZa bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Dekabrın 18-də Xəzər dənizində də maqnitudası 3.1 olan zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb. Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
665 682 609 692 550 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.