ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Bürclər 19-12-2020, 13:30

GündəLik bürcLər:19.12.2020

GündəLik bürcLər:19.12.2020
Qoç - səfər və ya səyahətdə risk artır. Texnika ilə davranışda ehtiyatlı olun. Axşam saatlarında intellektual fəaliyyətlə məşğul ola bilərsiniz. Dəqiq həll variantları tapın.

Buğa
- gərgin, qarışıq və laübəli gündür. Hadisələr təxminlənməsi çətin məcrada inkişaf edir. Çoxdan saxlanan emosiyalar maneəsiz güclənir. Daxili müdafiə sistemləri isə gərək olanda işləmirlər.

Əkizlər - emosional davranmayın, qəzəbli açıqlamalar verməyin. Problem sizin reaksiyanız qədər ciddi deyil.

Xərçəng - diqqətli olun, amma inad etməyin. İndi güzəştə getmək, kompromisdən çəkinməmək zamanıdır. Mövqeləriniz möhkəmlənənə qədər sayıq davranın.

Şir - ciddi işgüzar və şəxsi məsələlərə vaxt ayırın. Tərəfdaşların mövqelərini nəzərə alın, ümumi fəaliyyəti razılaşdırın.

Qız - yaşamınızda və münasibətlərinizdə hansısa məqam ağırlaşa bilər. Sədləri sakitcə aradan qaldırın, münasibətləri korlamayın.

Tərəzi - yaşana biləcək xoşagəlməz hadisənin kökü tərəfdaşın özünə əmin olmaması, özünü sığortalamaq istəyidir. Bədxahların təxribatlarını cavabsız qoyun. Enerjinizdən daha rasional yararlanın.

Əqrəb
- sizinlə eyni "dalğa"dakı insanlar yanınızda olacaq. Günün ikinci yarısında aldığınız xəbərə reaksiya və ya cavabda tələsməyin. Təcili görüləsi işi bitirin.

Oxatan - yaranmış situasiyalarda sürətli və dəqiq reaksiyanız olmalıdır. Fəaliyyətinizdə intizamlı olun. Sədlər və maneələrə rəğmən, irəliyə doğru hərəkət edin.

Oğlaq - ev işləri ilə də məşğul olmaq gərəkdir. Alış-verişdə çox pul xərcləməyin. Yaşam arealında estetik dəyişikliklər edin.

Dolça - gərəksiz insanla münasibətlərdən, sizi ağırlaşdıran hisslərdən qurtulun. Yaxın bildiyiniz insanla mühüm söhbət olmalıdır. Əlaqələrə daha çox müəyyənlik gətirin.

Balıqlar - mühüm məsələ sual altındadır. Emosional gərginliyə rəğmən sakit çalışın. Yaxın ətrafınızdakı adamlardan birinin təxribatına uymayın. Münaqişəyə cəlb olunmağınıza imkan verməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 560 524 499 579 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.