Əfsanə
Deyilənə görə əsrlər əvvəl əzazil bir padşah var imiş . Və onun ən sevdiyi arvadından var-yox bir qızı doğulur . Doğuş zamanı anasını itirən qızcığaz sevimli arvadının yadigarı olur . Balaca ilk gündən ağappaq yumşaq dərisi və qırmızı yanaqları ilə hamını heyran edir . Padşah qızına Pəri adını qoyur . O qızına çox düşgün idi , hətta oğullarından belə çox sevirdi . Qızının bir dediyi iki olmazdı . Beləliklə günləri aylar ,ayları illər əvəz edirdi . Qız böyüyür iri badamı gözləri ,uzun qara saçları ilə anasına daha da bənzəyirdi . İncə belli ,uzun boylu bu gözəl yalnız camalı ilə seçilmirdi . O uşaqlıqdan qorxmaz ,cəsur idi . Qardaşları qılıncla döyüşməyi öyrənəndə onlara qoşulardı . At çapmağı ,ox atmağı da öyrənmişdi . Atası onu oğullarından ayırmırdı . Qardaşları bu sevgini görür və böyüdükcə qısqanmağa başlayırdılar . Ən çoxda böyük qardaşın qorxusu mərhəmətinə güc gələrək bacısını saraydan uzaqlaşdırmağın yollarını axtardırdı . Padşahın hüzüruna gedən böyük qardaş bacısının günü-gündən gözəlləşdiyini və aşiqlərinin artdığını dedi . Hətta atasına düşmənlərin belə Pərinin hökmdarın zəif nöqtəsi olduğundan xəbər tutduqlarını danışdı . Və beləliklə atasını bacısını saraydan uzaqlaşdıraraq onu pis gözlərdən , düşmən təhlükəsindən qoruya biləcəklərini izah etdi . padşah oğlunun dediklərini çox düşündü . Tez zamanda hər yerə əmr yayıldı . Ən yaxşı ustalar axtarılırdı . Hökmdar əmr verdi elə bir yerdə qala tikilsinki ancaq ora bir yol getsin ,başı buludlara dəysin . Beləliklə bu günümüzə qədər gəlib çıxan qayalıqlardan çapılmış Pəri qalası tikildi . Cəmi 3 böyük otağı olan qalaya qızını göndərən padşah , qalada qızından başqa onun xanım qulluqçularının olmağını əmr etdi. Qalaya çıxan yolu qorumağı isə ən güclü sərkərdələrindən biri olan Cilingirə tapşırdı. Beləliklə qardaşının qısqanclığına görə qızcığazın həbs həyatı başladı . Pəri qayalardan çapılaraq tikilmiş daş divarlar arasında böyüyürdü . O cənnətin içində gizlənmiş soyuq cəhənnəmdə yaşaya bilmirdi . Dəfələrlə atasını razı salmağa çalışsada saraya geri qayıda bilmirdi . Gecələri dağın döşündə ulduzlara baxan tək dinləyənləri onlarmış kimi söhbət edən Pəri dəfələrnən qaçmağı düşünmüşdü. Amma bir çıxışı olan bu soyuq cəhənnəmin qapısında gecələri belə oyaq olan Cilingir durmuşdu . Onun haqqında çox eşitmişdi qulluqçulardan . Geniş çiyinli sərt baxışlı igidin qorxusundan nəinki qalanın yolu hətta meşəyə belə kimsə gələ bilmirdi . Böyüdükcə otaqları kiçilən qala Pəriyə dar gəlirdi . Atası hər onun görüşünə gələndə yalvarırdı . Bu diz çöküşlər padşahın Pərinin ancaq arada bir qalanın ətrafında qulluqçularıyla birgə gəzməsinə icazə verdirtmişdi . O buna da razıydı . Heç olmasa ətrafında yalnız daş divarlar görməyəcəkdi . Pəri həmişə belində qılınc ilə gəzərdi . Başlarda qulluqçuların yanından ayrılmazdı . Lakin zamanla onları aldadaraq gizlənər ,at belinə atlayaraq meşənin dərinliklərinə qaçardı . Qulluqçular kəllələrinin üzülməməsi üçün hökmdara heçnə demirdilər . Pərinin nə qədər dəlisov cəsarəti olsa da qəlbindəki mərhəmət daha güclü idi . Əgər qaçarsa geridə qalan heç kəsin sağ qalmayacağına bilirdi . Ona görə hər qaçışdan sonra geri dönərdi .
Yenə o günlərdən idi , at belində meşəlikdə gəzinən Pəri birdən kolluqdan səs eşitdi . Əvvəlcə ceyran və ya maral olduğunu düşünsə də dəmir şıqqıltısı yanıldığını göstərdi . Astaca at belindən endi . Atı ağaca bağlayan Pəri üzünü ağ örpəklə örtdü . Və yavaş addımlarla sıx ağaclar tərəfə gedib ,onların arxasında gizləndi . Haqlı idi , kolluqlar tərəfdən enli kürək dəbilqəli əli qılınclı biri gəlirdi . Pəri gizlicə onu izləməyə davam etdi . Öz-özünə atasının onu qoruduğu düşmənlərdən biri olduğunu fikirləşdi . Dəmir geyimli adam ağaca bağlanmış atın ətrafında fırlandı , sonra isə ətrafa boylanmağa başladı . Pəri axır-əvvəl tapılacağını anladı ona görə də gizlənib gözləməkdənsə ani hücum etməyin daha məntiqli olduğunu düşündü . Və bir an belə tərəddüt etmədən onun üzərinə şığıdı . Qılıncı ilə atın yəhərindən tutan adamın əlini çapdı . İgid tez sol əlini atdı belinə . Döyüş başladı . Qılınclar bir-birilə sürtünərək qığılcım verirdi . Pəri nə qədər yaxşı döyüşməyi bilsədə zərif ,cılız bədəni getdikcə gücsüzləşirdi . Düşmənin bunu anlamaması üçün qışqıraraq daha da üstünə şığıdı ,onu atdan uzaqlaşdırmaq istəyirdi. Və buna da nail oldu . Ayağı ağaca ilişən adam arxaya yıxıldı , bunu görən Pəri taqətsiz bədəni ilə atın belinə atladı . Atı var gücü ilə çapırdı . Ağacların arasından başqa at kişnəməsini eşitdi ,çox keçməmişdi ki çiynində yandırıcı ağrı hiss etdi . Arxaya çevriləndə kürəyində yırğalanan oxu gördü . Bir əli keyiməyə başladı . Gözləri dumanlanan Pəri atın üstünə sərildi .
Uzun kirpiklərini bir-birindən ayıran Pəri yerdə uzanmış halda idi . Dirsəklənib ayağa qalxmaq istədi , amma çiynindəki ağrı onu qışqırtdı . Səsə gələn dəmir geyimli adam ona yaxınlaşdı . Əlini belinə atan Pəri qılıncının olmadığını gördü.
- Axtarma . Mən götürmüşəm .
- Kimsən sən əclaf ? Kişi kimi döyüşmək yerinə arxadan vurmağı üstün tutdun !
- Səndə kişi kimi döyüşmək yerinə məni yıxıb qaçmağı . De görüm indi kim mərd kim namərddi ?
- Mən qaçmadım ver qılıncı yenidən döyüşək !
- Üzündəki örpək düşməmiş olsaydı bəlkədə razı olardım .
Tez əli ilə üzünü yoxlayan Pəri örtünün olmadığını görüb daha da təlaşlandı .
- Nə olsun ! Bu nəyi dəyişirki ?
- Çox şeyi . Birincisi mən xatunlarla döyüşmürəm ,ikincisi kəlləmin getməyini də istəmirəm.
- Ele desənə . Kəlləni qoparacağımdan qorxdun hə ?
- Sənin yox atanın əmrindən qorxdum . Padşah qızını qorumaq yerinə az qala özüm öldürürdüm .
- Nə ? Hardan bilirsən padşah qızı olduğumu .
- Gözəlliyiniz haqqında çox əfsanələr dolaşırdı . Qara gözləriniz , lalə dodaqlarınız . ağ camalınız .
Deyildiyi qədər var imiş həqiqətən .
Ona baxan sərt amma bir o qədər dərin baxışlardan utanan Pərinin yanaqları alışıb yandı . Onun gözəlliyindən çox danışılmışdı . Amma heç kəsin sözləri bu qədər onu qızartmamışdı .
- Deməli məni qoruyan igid sənsən ?
- Bəli mənəm .
- Məndə sənin haqqında çox eşitmişdim , amma deyildiyin qədər yox imişsən . Bir qızla belə döyüşməyi bacarmırsan .
Bığının altında Pərinin sözlərinə gülümsəyən Cilingir gözlərini ondan çəkdi . Yavaşca yaxınlaşaraq əlindəki əskini uzatdı .
- Gör yaran necədi ? Lazımdısa bunu da qoy üstünə . Və hazırlaş səni aparmalıyam qalaya . Təbib qadın gətirəcəm yaranı o sağaldar.
Parçanı götürən Pəri biraz qabağa əyilərək çiynini açdı , bunu görən Cilingir ehtirasını hiss etdi . Ona güc gəlmək üçün yavaşca arxasını Pəriyə çevirdi . Yara çox dərin deyildi . Qanaması da dayanmışdı .
Pəri ayağa qalxdı . Əlindəki əskini Cilingirə tərəf uzatdı .
- Al bunu sənin biləyindəki yara mənimkindən ağırdı . Qanaması dayanmayıb , sənə daha çox lazımdı.
Cilingir biləyindən süzülən qana baxdı . Parçanı götürdü . Bir əli ilə bağlamaq istədi . Amma bacara bilmirdi . Bunu görən Pəri
- Ver mənə . Özüm bağlayaram .
Su qabını istəyən Pəri , əvvəlcə su ilə yaranı yudu . Sonra isə yavaşca bağlamağa başladı . Cilingirin isə yara çoxdan yadından çıxmışdı . Gözlərini Pərinin camalından ayıra bilmirdi . Çox döyüşdə olmuş , çox qələbələr görmüşdü . Amma heç birində ürəyi belə döyünməmişdi . Ona baxan badamı gözlər bu dəfə Cilingiri məğlub etmişdi ...
At belində qalaya dönən bu ikili artıq eşq atəşində yanmağa başlamışdılar . Döyüşdə qılınclarının qığılcımı qəlblərini də alovlandırmışdı . İndi yalnız bədənləri deyil ruhları da savaşırdı .
Onlar tez-tez görüşür bəzən at yarışına çıxır , bəzən isə qılınc oynadırdılar . Sonra isə kölgədə oturub xəyallarını , arzularını bölüşürdülər . Günü-gündən eşqləri böyüyürdü . Cilingir bunu gizlədə bilməyib hər şeyi - ona olan məğlubiyyətini etiraf edir . Pəri isə o soyuq daş divarlı cəhənnəmdə ilk dəfə bu qədər alışıb yandığını , qəlbindəki tək istiliyin Cilingir olduğunu deyir . Beləliklə böyük məhəbbət başlayır . Artıq gecə-gündüz ayrılmaq istəməyən cütlük bir-birlərinə elçilərdən xəbər göndərir . Görüşür . sevişirlərdi . Gecələr qayalıqlar arasında tək qalan Pərinin yalnız olmadığını bilməsi üçün yolun girişində böyük ocaq qalayardı . Divardan boylanan Pəri alışıb -yanan alovu görüb əlini qəlbinə doğru uzadaraq Cilingirin istiliyini hiss edərdi . Amma bu məhəbbət hekayəsi çox keçmir ki , Pərinin qardaşına çatır . Qısqanc və qorxaq qardaş Pərinin Cilingirlə evlənərək yerinə gələcəyini düşünür . İlk fürsətdə atasının hüzuruna gedir . Yaşlı atasını Pəridən uzaqlaşdırmağı bacaran qardaş bu dəfə onu Cilingirin düşmən olduğunu və yerinə keçmək istədiyinə də inandırır . Pəri ilə birgə plan qurduqlarını və taxtını əlindən almaq istədiklərini deyir .
Qaranlıq gecələrdən biri gəlir . Pəri həmişəki kimi daş divarın arxasından boylanır . Alovun yanmağını gözləyir . Amma kiçicik bir işartı belə görmür . Sübhəcən gözləyən Pərinin ürəyinə tıppıltı düşür . Özünü sakitləşdirməyə çalışsada , cilovlaya bilmir . Və qulluqçusunu hüzuruna çağıraraq Cilingirdən xəbər gətirməsini istəyir . Elə bu an qala qapıları açılır , dəbilqəli dəmir geyimli adamlar içəri girir . Əllərində qanlı torba ilə Pəriyə doğru addımlayırlar. Pəri onların nə gətirdiyini anlayır . Qarşısına atılmış torbanı görüb diz çökür. Onu qoynunan alıb , bərk-bərk qucaqlayır . Torbaya sığal çəkərək
- Sevgilim ... Heçnə və heç kim bizim alovumuzu söndürə bilməz . O həmişə yanacaq . Bizim üçün yanacaq . Bəlkə bu həyatda yaşamadıq , yaşaya bilmədik . Amma bilirəm başqa həyatlarda yenə qarşılaşacağıq . Və yenə bir -birimizi tapacağıq .
Ağ libası qana bürünən Pəri gözlərindən süzülən yaşları qanlı əli ilə silir. Ayağa qalxıb həmişə boylandığı daş divara yaxınlaşır . Divara çıxaraq torbanı qucaqlayan Pəri son sözlərini pıçıldayır .
- Bu son deyil , hər şey yeni başlayır sevgilim ...
Pəri qolları arasındakı qanlı torba ilə mələk kimi divardan aşağı qayalıqlar arasına süzür..
Yazar: Narmin İsmayılqızı