ice berg

ice berg Məşhurlar 23-12-2020, 14:30

İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı

İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı
İlon Maskın sərvəti yalnız bir gün ərzində 8,8 milyard ABŞ dolları azalıb.

Bu, şirkətin S&P 500 indeksinə qoşulduğu ilk gün "Tesla" səhmlərinin satışından sonra baş verib.

"Forbes Real-Time" milyarderlərinin reytinqinə görə, 21 dekabrda onun sərvəti 144,7 milyard dollar olaraq qiymətləndirilib.

İndi o, dünyanın ən varlı adamları siyahısında üçüncü yerə qayıdıb.

LoaDinG.aZ "Forbes"ə istinadən xəbər verir ki, Mask hələlik Bill Qeytsi qabaqlayır, lakin Ceff Bezos və Bernard Arnodan geri qalır.

Bazar ertəsi günü "Tesla" S&P 500 indeksinə daxil edilib, lakin ilk ticarət günündə o səhmlərin 6,5 %-ni itirib. Səhmlərin satılması koronavirusun yeni ştammı təhlükəsinə görə başlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 393 450 431 421 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.